!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oqtay Şirəliyev: "Səhiyyə sistemimizin inkişafı beynəlxalq standartlara uyğun həyata keçirilir"

!Reklam – Yazi

“Bizə kömək üçün gələn Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizin səhiyyə sahəsinin inkişafına müsbət rəy verib”.

Yenicag.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

Oqtay Şirəliyev bildirib ki, ölkənin səhiyyə sistemi müasir tələblərə uyğun şəkildə inkişaf etdirilir:

“Ümumdünya Səhiyyə Təşkilatı ilə uzun müddətdir ki, çox yaxşı əlaqələrimiz var. İlk dəfə olaraq, bu il pandemiya fonunda ÜST tərəfindən bizə də test göndərilmişdi. Bu, ölkə rəhbərinə göstərilən hörmət idi. Bu təşkilatın nümayəndələri ölkəmizə araşdırma üçün gələndə görülən tədbirlərə müsbət rəy verdilər. Çünki səhiyyə sistemimizin inkişafı beynəlxalq standartlara uyğun həyata keçirilir”.

Gülşən Şərif

www.yenicag.az

933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv