Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oral-B-nin yeni diş məcunu artıq Azərbaycanda!

Oral-B Professional Diş Əti və Diş Minası Pro-Bərpa məhsulu artıq ölkəmizdə satışdadır.

Oral-B diş məcunu 2 həftə ərzində diş əti problemlərini aradan qaldırmağa və diş minasını bərpa etməyə kömək edir*. Bir çox diş məcunu ağız boşluğu sağlamlığının sadəcə bir yönünə təsir edir, məsələn: diş əti sağlamlığı və ya həssasiyyəti. Aktiv bərpaetmə texnologiyasına malik Oral-B diş məcunu isə ağız boşluğu sağlamlığına bütöv bir yanaşma gətirir. Ağız boşluğundakı ərpi zərərsizləşdirərək diş əti problemlərini azaltmağa kömək edir. Həmçinin diş minasını minerallaşdırır və turşu eroziyasına qarşı dişləri qoruyur. Ümumilikdə isə sözügedən məcunun istifadəsi 72 % daha az diş əti və diş minası problemi deməkdir**. Müntəzəm istifadə ilə dişləri adi diş məcunları ilə müqayisədə üç qat gücləndirir***. Qeyd edək ki, Oral-B Pro-Bərpa diş məcunu orijinal, həssas bəyazlıq, ekstra fərah adlı 3 növdə istifadəçilər üçün satışa çıxarılıb.

Bildirək ki, Oral-B diş məcununun 17 mart saat 20:00-da onlayn təqdimatı təşkil olunacaq. Oral-b.az saytında canlı yayımlanacaq tədbiri maraqlanan hər kəs izləyə bilər.

Tədbirdə “Procter&Gamble” şirkətinin Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə Baş direktoru Değer Kurtaslanoğlu, Frakfurtdan məhsul innovasiyası üzrə menecer, baş elmi işçi dr. Maria Janzer,  Türkiyənin Yeditepe Üniversitetinin diş həkimliyi fakültəsinin dekanı, professor, parodontoloq Bahar Eren Kuru, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse prezidenti, cərrah, stomatoloq Rövşən Məmmədovun çıxışı,  xalq artisti Röya Ayxanın maraqlı performansı planlaşdırılıb. Hüsniyyə Məhərrəmovanın aparıcılıq edəcəyi tədbirdə  “Bu şəhərdə” komandasının eksklüziv səhnəciyi də yer alacaq.

Onu da nəzərinizə çatdıraq ki, bütün izləyicilər tədbirin sonunda keçiriləcək hədiyyəli yarışmada iştirak edə bilərlər. Yarışma qaliblərindən 3 nəfər Oral-B Pro 1 750 səyahət qabı hədiyyəli elektrikli diş fırçası, 1 nəfər Türkiyədən xüsusi olaraq sifariş edilən Oral-B Genius X elektrikli diş fırçası və 1 nəfər isə Iphone 12 Pro sahibi olacaq.

* Gündə 2 dəfə müntəzəm istifadə ilə, zəifləmiş diş minası üzərində aparılan laboratoriya işlərində

** Diş əti problemi olan 97 nəfər yetkin yaşlı insanlar üzərində edilən klinik iş, adi diş məcunu istifadəsi ilə müqayisədə

*** Normal diş məcunu istifadəsi ilə müqayisədə, qida turşularının təsirinə qarşı müqavimət

 

Loading...

www.yenicag.az

1143
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100