Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ordumuzun uğurlu əks-hücum əməliyyatları Azərbaycan xalqının iradəsini əks etdirir” – Elşad Məmmədov

“Paşinyanın bu cəhdlərinin əsas məqsədi Rusiyanı münaqişəyə cəlb etməklə, öz mövqelərini qorumaq və eyni zamanda, Soros Fondunun sifarişlərini yerinə yetirməkdir”. 

Bu fikirləri Ermənistanın son hərbi təxribatlarından sonra Azərbaycanın başladığı uğurlu əks-hücum əməliiyatlarını dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Elşad Məmmədov bildirib ki, Paşinyan hakimiyyəti bugünkü qeyri-sabitlikdə  Azərbaycanla Ermənistan arasında gedən müharibədə digər ölkələri də tərəf kimi təqdim etməyə çalışır:

“Son günlər Azərbaycan-Ermənistan münaqişəsinin kəskin fazaya keçməsi onu göstərir  ki, Qarabağ məsələsinin tarixinə bir daha qayıtmaq zəruridir. Münaqişə ötən əsrin 80-ci illərində məhz bölgədə qeyri-sabitliyin yaranmasının başlanğıcı olub və nəticədə bu qeyri-sabitlik bölgədə zəncirvari qaydada davam edib.

Fakitiki olaraq, Sovet İttifaqının dağılmasının bünövrəsini də məhz erməni seperatizminin yeni təzahürü qoyub. Bu gün Soros Fondunun çox güclü maliyyə dəstəyi və təşkilatçılığı ilə Ermənistanda hakimiyyəti ələ keçirmiş Nikol Paşinyan  və onun komandası yenidən bölgədə qeyri-sabitlik yaratmağa çalışır. Paşinyan rejimi başqa ölkələrin, xüsusilə də, Türkiyə ilə İranın bu münaqişəyə qatılmasına can atır. Bu, çox təhlükəli cəhddir.

Ümidverici haldır ki, Azərbaycan prezidenti İlham Əliyev ölkəmizin düşünülmüş xarici siyasətini ardıcıllıqla davam etdirir. Belə ki, Azərbaycan tərəfi Türkiyə, İran və Rusiya ilə münasibətlərin səviyyəsini yüksəltməkdədir. Paşinyan isə bu fonda Türkiyənin münaqişədə iştirakına dair əsassız iddialarına ara vermir”.

Bölgədə yaranan qeyri-sabitlik fonunda marağı olan tərəflərin prosesdə kifayət qədər ehtiyatlı siyasət yürüdəcəyi qənaətində olan Elşad Məmmədovun fikrincə, Paşinyanın bu təxribatçı cəhdləri nəticəsiz qalacaq:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlara malikdir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda milli həmrəylik xeyli güclənib. Bu birlik Azərbaycan xalqının öz ərazi bütövlüyünün bərpası üçün ölkə başçısının apardığı siyasətə tam dəstək verdiyini göstərir.

Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya da Azərbaycan prezidentinin Qarabağla bağlı siyasətinə birmənalı dəstək nümayiş etdirib. Bu, Qarabağ problemi ilə bağlı ölkənin daxili siyasətində hər hansı fikir müxtəlifliyinin olmadığını açıq göstərir.

Eyni zamanda, bütün beynəlxalq normalarına əsasən, Dağlıq Qarabağ və onun ətrafındakı işğal edilmiş rayonlar Azərbaycan ərazisidir. Son günlərdə Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları da Azərbaycan xalqının iradəsini əks etdirir.

Təəəsüflə qeyd etmək istərdim ki, Musavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) partiyaları digər partiyaların imzaladıqları həmrəylik bəyanatına qoşulmadılar. Görünür, bu partiyalar yenə də milli maraqlarımızdan deyil, öz siyasi ambisiyalarından çıxış edirlər. Bu isə yolverilməzdir. Ölkədə daxili siyasi mübarizə və fikir ayrılıqlarının olması normaldır. Amma Vətən müharibəsi məsələsində hər hansı siyasi maraq dövlət və xalq maraqlarından üstün ola bilməz”.

Gülşən Şərif

www.yenicag.az

297