!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Orta Asiya dövlətləri Türkiyənin siyasi-iqtisadi gücünün artmasının fərqindədirlər” - ŞƏRH

!Reklam – Yazi

“Həmin regionun Türk dövlətləri öz perspektivlərini Rusiya ilə bağlamağın faydasızlığını tədricən dərk etməkdədirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun 2021-ci ilin noyabrında İstanbulda keçirilməsi nəzərdə tutulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 8-ci Zirvə toplantısına qatılmaq niyyətini bəyan etməsinə münasibət bildirən siyasi ekspert Əlabbas Məhərrəmov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz və Orta Asiya regionunda cərəyan edən proseslər, xüsusilə, Rusiyanın təsir imkanlarının zəifləməsi fonunda Türkiyənin öz mövqelərini gücləndirməsi həmin dövlətləri də adekvat davranmağa yönləndirir:

“Çox təəssüf ki, Qazaxıstan və Qırğızıstandan fərqli olaraq, Orta Asiyanın digər türk dövlətləri ümumtürk inteqrasiya prosesində ehtiyatla iştirak edirlər. Bunun əsas səbəblərindən biri Rusiyanın o ölkələr üzərində təzyiq rıçaqlarının hələ də güclü olmasıdır.

Lakin son dövrlərdə Cənubi Qafqaz və Orta Asiya regionunda cərəyan edən proseslər, o cümlədən, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər bölgədə yeni reallıq yaradıb. Mövcud reallıq Türkiyənin güclənməsi və regionda daha fəal oyunçuya çevrilməsi ilə əlamətdardır.

Bu gedişat əlbəttə ki, Orta Asiya dövlətlərinin də diqqət mərkəzindədir və onlar ortaq köklərə malik olduqları Türkdilli ölkələrlə birgəliyin zərurətini anlayırlar. Həmin regionun Türk dövlətləri öz perspektivlərini Rusiya ilə bağlamağın faydasızlığını tədricən dərk etməkdədirlər. Türkmənistan prezidentinin ümumtürk inteqrasiya prosesinə qayıdış niyyətini də bununla əlaqələndirirəm”.

A.Zeynalov

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv