Orta Asiyanı artıq Şimaldan asılılıqdan xilas olur - Azərbaycanın TƏKLİFİ...

media-hightechnic-468x90

Bu gün Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıq həm Qafqazı, həm də Orta Asiyanı vacib nəqliyyat və enerji qovşağına çevirib.

media-523

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, Azərbaycan yalnız keçmiş təcrübəyə əsaslanmır, həm də yeni çağırışlara cavab verir:

“Azərbaycan bir çox regional böhranlara, təzyiqlərə və maneələrə baxmayaraq, uzaqgörənliklə həyata keçirdiyi layihələr sayəsində Orta Asiyaya artıq təbii sərvətlərinin ixracında Şimaldan asılılıqdan xilas olaraq, məhsullarını Cənubi Qafqaz və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə dünya bazarlarına çıxarmaq imkanı qazanır. Yəni biz yalnız keçmiş təcrübəyə əsaslanmır, həm də yeni çağırışlara cavab veririk. Bu mənada, rəqəmsal dəhlizin yaradılması və yaşıl enerji sahəsində əməkdaşlıq da Türk dövlətlərinin iqtisadi inteqrasiyasını və rifaha əsaslanan siyasi birliyini möhkəmləndirən mühüm addımlar kimi qiymətləndirilməlidir”, – deyə o bildirib.

Deputat həmçinin ortaq hərbi təlimlərlə bağlı da fikirlərini bildirib:

“Ordunun gücü və imkanlarının artırılması və hazırlıq səviyyəsi təlimlərdən çox asılıdır. Ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan və Türkiyə bu istiqamətdə çox yaxşı nümunə yarada bilib və Qəbələ zirvəsində də aydın oldu ki, Prezident İlham Əliyev həmin modelin bütün Türk dünyasını əhatə etməsinin tərəfdarıdır”.

Deputat bildirib ki, bu gün dünyada “hüququn gücü”ndən çox “gücün hüququ” rol oynayırsa biz də güclü olmalıyıq:

“Bu mənada Prezident İlham Əliyevin gələn il Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı təşəbbüsü əslində beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və daxili yurisdiksiyada olan məsələlərə qarışmamaq prinsiplərinə hörmət qorunmaqla vahid ordunun yaradılması ideyasına xidmət edir. Yəni nəzərdə tutduğumuz birlik heç bir dövlətin, o cümlədən Türk dövlətlərinin özlərinin də ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və daxili işlərinə qarışmamaq prinsipinə zidd olan heç bir addımı ehtiva etmir.

Məhz həmin prinsipləri qorumaq və onlara sadiq qalmaqla, böyük birliyə nail olmaq, dövlətlərimizin və xalqlarımızın inkişafını təmin etmək istəyirik. Bunun üçün isə vahid güc kimi formalaşmaq lazımdır. Güclü olmaq üçün isə güclü orduya ehtiyac var. Ordunun gücü və imkanları isə birgə təlimlər vasitəsilə möhkəmlənir. Prezident İlham Əliyev həmin modelin bütün Türk dünyasını əhatə etməsinin tərəfdarıdır. Digər tərəfdən, istənilən gücün və siyasətin arxasında iqtisadi və mədəni rıçaqlar dayanmalıdır. Prezident İlham Əliyev məhz bütün imkanları həm ölkəmiz, həm də Türk dünyası üçün fürsətə çevirmək ənənəsinə sadiq qalaraq, 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması təşəbbüsünü irəli sürdü. Bu mədəni tədbirin Türk birliyinə yeni töhfə verən platformaya çevrilməsi təklif olundu. Əminəm ki, Azərbaycan ev sahibi kimi Türk dünyası üçün növbəti mühüm mədəni-humanitar mərhələni geridə qoyacaq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa