Orucovun komandası Parisdə ikinci oldu

media-hightechnic-468x90

Azərbaycan cüdoçusu Rüstəm Orucovun çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” komandası Fransanın paytaxtı Parisdə keçirilən Klublararası Avropa Çempionatında uğurlu nəticəyə imza atıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə 73 kq-da mübarizə aparan 30 yaşlı idmançı özünün İnstaqram səhifəsində paylaşım edib.

O, turnirdə ikinci yeri tutduqlarını yazıb. Orucov qazanılan uğura görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Belə gözəl insanlarla tanış olduğum üçün çox şadam. Gələn il qızıl medallarımızı alacağıq!”

Qeyd edək ki, Rüstəm Orucov Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, həmçinin Avropa çempionudur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05