“Osmanbəy”in malları müsadirə olundu
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, Nizami 77 ünvanında yerləşən fiziki şəxs Hüseynova Əminə Rauf qızına məxsus “Osmanbəy” mağazasında dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Yenicag.az xəbər verir ki, yoxlama zamanı “Barutti” əmtəə nişanlı saxta, mənşəyi məlum olmayan kişi köynəkləri aşkar edilmişdir. Həmçinin “Harrods”, “Roberto Muzzo”, “Vinalli” əmtəə nişanlı kişi kostyumlarının, “Franceschetti”, “Rock Ford” əmtəə nişanlı kişi ayaqqabılarının, “MXN”, əmtəə nişanlı kişi sviterlərinin, “Daniel Rizzotto” əmtəə nişanlı kişi cins şalvarlarının, “Palaska” əmtəə nişanlı dəri kəmərlərinin, “Bogozzo”, “Azzaro” və “Windsor” əmtəə nişanlı kişi üst geyimlərinin (tanınma) sertifikatları yoxlamaya təqdim edilməyib.
Aşkar olunmuş nöqsanlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar qəbul edilib.