Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Otelə gedən cütlükdən nikah kağızı tələb olunmalıdırmı? - Nazir müavini açıqladı

“Otellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi”.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.

Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb:

“Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, hotellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər”.

N. Səmədov əlavə edib ki, hotelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər:

“Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə hotel sahibi özünü necə aparmalıdır. Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Bu, konkret işçinin özbaşınalığı da ola bilər”.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2423
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM