!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən gün törədilən cinayətlərlə bağlı RƏSMİ MƏLUMAT: 54 nəfər saxlanıldı

!Reklam – Yazi

Respublika daxili işlər orqanları tərəfindən mart ayının 30-da törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. 

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv