!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il Azərbaycanda iribuynuzlu mal-qaranın sayı azaldı

!Reklam – Yazi

2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə 2 648 829 baş iribuynuzlu mal-qara mövcud olub. “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il yanvarın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 1871 baş və ya 0,1% azalıb.

Yenicag.az xəbər verir ki, İnək və camışların sayı 7 483 baş və ya 0,6% artaraq 1 287 996 baş təşkil edib.
Hesabat dövründə inəklərin sayı 1,3% və ya 15,891 baş artaraq 1 227 215 baş, camışların sayı isə 12,1% və ya 8 408 baş azalaraq 60 781 baş təşkil edib.
Bununla yanaşı bütün təsərrüfat kateqoriyaları üzrə qoyun və keçilərin sayı bu ilin yanvarın 1-nə 7 899 686 baş olub ki, bu da bir il öncəki göstəricidən 189 964 baş və ya 2,3% azdır. Qoyunların sayı 169 559 baş və ya 2,3% azalaraq 7 314 166 baş, keçilərin sayı isə 20 405 baş və ya 3,4% azalaraq 585 520 baş təşkil edib.
2021-ci ildə ev quşlarının sayında azalma qeydə alınıb. Bu il yanvarın 1-nə ölkədə 29 623 866 baş ev quşu olub ki, bu da ötən ilin eyni göstəricisinə nisbətdə 551 946 baş və ya 1,8% azdır.

Bütün təsərrüfat kateqoriyaları üzrə digər heyvanların sayı:

2021-ci il 2020-ci il 2021-ci il 2020-ci ilə nisbətən, faizlə
Donuzların sayı, baş 5954 5877 101.3
Atların sayı, baş 58396 60405 96.7
Dəvələrin sayı, baş 332 209 1.6 d
Eşşəklərin sayı, baş 21047 23419 89.9
COP29

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv