!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ötən il zərərsizləşdirilən minaların sayı açıqlandı

!Reklam – Yazi

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq və illik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, dekabrın 1-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 305 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

2 263.07 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunda əlavə, ötən il ərzində (yanvar-dekabr) aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv