İraqın Səudiyyə Ərəbistanı ilə sərhəddində içlərində Qətər şahzadələrinin də olduğu deyilən 26 nəfər qaçırılıb.
İraqın Səudiyyə Ərəbistanı ilə sərhədi yaxınlığında, Samava səhrasında ov edən 26 Qətər vətəndaşı oğurlanıb.
Məlumata görə, oğurlanan qətərlilər azı 100 silahlı tərəfindən naməlum istiqamətdə aparılıb. Onların 50-ə yaxın avtomobildə hərəkət etdiyi bildirilir.
İddiaya görə, qaçırılan 26 nəfərin arasında ovçuluq məqsədilə İraqa gələn Qətər şahzadələri də var.
İraq polisinin açıqlmasına görə, həmin şəxslər hər il ovçuluq məqsədilə bu ölkənin cənub-şərqində yerləşən Nəcəf səhrasına gəlirlər. Polis Qətər vətəndaşlarının kimliyilə bağlı məlumat verməsə də, İraq mediası onların şahzadə olduğunu yazıb.
Məlumata görə, oğurlanan şəxslər İraq təhlükəsizlik qüvvələri tərəfindən müşayiət olunsa da, onlar silahlıların sayca çox olduğunu görərək, olaya müdaxilə etməməyə qərar veriblər.(ans)
www.yenicag.az