Ov zamanı FACİƏ: Dostunu ürəyindən güllələdi

media-hightechnic-468x90

Yardımlıda ov zamanı bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün rayonun Ostayır kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəyyam Nağıyev Vüqar Əsgərovu güllələyərək öldürməkdə şübhəli bilinir. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Məlumata əsasən, onlar birinci heyvanı vurduqdan sonra ikinciyə atəş açmaq istəyiblər. Lakin həmin an yanlarında olan itin hərəkəti atəş istiqamətini dəyişib və güllə təsadüfən Vüqar Əsgərovun ürək nahiyəsinə dəyib. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, hər iki şəxs ailəli olublar və hər ikisinin üç övladı var. Onların uzun illər dostluq münasibətləri olduğu bildirilir.

Hadisədən dərhal sonra Xəyyam Nağıyev polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Fotoda qətlə yetirilən Vüqar Əsgərov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa