Overçuk Azərbaycana işgüzar səfərə gəldi

media-hightechnic-468x90

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Aleksey Overçuk Azərbaycan Respublikasına Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçün işgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək”, – məlumatda deyilir.

A.Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-də Həştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarının icrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair tədbirlər planının yerinə yetirilməsini müzakirə edəcəklər.

Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının geniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir./OXu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05