Ovik Ağazaryan Paşinyanla bağlı KİTAB YAZIR – Keçmiş dostlar düşmənə ÇEVRİLDİLƏR
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş üzvü Ovik Ağazaryan Baş nazir Nikol Paşinyanın ona qarşı “təzyiqləri”ndən sonra yeni kitab üzərində işlədiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Ağazaryan bildirib ki, əsərin adı “Ölkənin həqiqi üzü” olacaq və bu, Paşinyanın 2008–2009-cu illərdə gizlənərkən yazdığı “Ölkənin əks üzü” kitabına cavab xarakteri daşıyır. Onun sözlərinə görə, kitab avtobioqrafik olacaq və əsas hissə istintaq zamanı qanunsuz olaraq əlindən alınan telefonundakı materiallara həsr ediləcək.
Xatırladaq ki, Ovik Ağazaryan hüquq-mühafizə orqanlarının diqqətinə Paşinyanın ondan deputat mandatından imtina etməsini xahiş etməsini rədd etdikdən sonra düşmüşdü.
Ağazaryan artıq kitabı tamamladığını, həcminin isə 300 səhifədən çox olacağını deyib. Müəllif, xüsusən Paşinyanla bağlı “səs-küylü epizodlar” və “kulis hekayələri” vəd edib. O, Paşinyanı hərbi-siyasi xadim Vazgen Sarkisyanla müqayisə etsə də, bu bənzətməni “Vazgenin pis tərəflərinə” aid etdiyini bildirib.
Kitabın sentyabrda çapa göndəriləcəyi, oktyabr ayında isə təqdimatının keçiriləcəyi gözlənilir.
Rafi Müslümov