“Oyunlar zolağı” yenidən rənglənir
Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun Lökbatan dairəsindən Bibiheybət məscidinədək olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.
“Azəryolservis” ASC-dən “verilən məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq və bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qeyd edək ki, rənglənmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.