!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antibiotik təyinatı hansı aralıqda təyin edilməlidir? - Həkim AÇIQLADI - YENİLƏNDİ

!Reklam – Yazi

“Antibiotiklər müəyyən zaman aralıqlarıyla gün ərzində bir neçə dəfə və hətta bəzən 2-3 gündən bir təyin oluna bilər”.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda məlumat verib.

Onun sözlərinə görə antibiotikləri eyni saatda və düzgün aralıqlarla istifadə etmək lazımdır:

“Əks halda müalicənin effektləri nəticə etibarilə aşağı düşür. Nəticədə, bu da xəstəliyin ağırlaşmasına gətirib çıxara bilər”./oxu.az

***

15:38

Özbaşına antibiotik istifadəsi xəstəliyi ağırlaşdıra bilər.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.

O deyib ki, həkim məsləhəti olmadan dərman qəbul edilməsi yolverilməzdir:

“Dərmanlara çox meyilli olmaq lazım deyil. Heç bir dərman “məsum” deyil. Antibiotiklərin bəziləri acqarına, bəziləri yeməkdən sonra qəbul edilir. Antibiotiklər hər gün eyni saatda qəbul edilməlidir. Eyni zamanda da antibiotiklərin neçə gün qəbul edilməsi həkim göstərişi ilə olmalıdır”, – deyə o əlavə edib.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv