!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü 3-cü mərtəbədən atan şagird dünyasını dəyişdi

!Reklam – Yazi

Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird Yelena Hacıyeva xəstəxanada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a mərhumun anası Sevil Hüseynova məlumat verib.

Səhiyyə Nazirliyi də “Report”a faktı təsdiqləyib.

Qeyd olunub ki, müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.

Xatırladaq ki, aprelin 4-də Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Yelena Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

www.yenicag.az

6331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv