Pakistan səfirimiz mükafatlandırıldı

media-hightechnic-468x90

1418280304 pakistan sefiriPakistan İslam Respublikasının İslamabad şəhərində “Diplomatik nailiyyətlərə görə” mükafatının təqdimedilmə mərasimi keçirilib

Azərbaycanın pakistandakı səfirliyindən verilən xəbərə görə, tədbirdə Pakistan Prezident Administrasiyasının rəhbəri Faruk Əhməd, senator Məhəmməd Rafiq Racvana, prezidentin mətbuat katibi Samina Vakar, Pakistanda akkreditə olunmuş səfirlər, dövlət və hökumət təmsilçiləri, media mənsubları iştirak edib.

Ali qonaq Faruk Əhməd çıxışında bildirib ki, “Diplomatik İnsight” jurnalı, Sülh və Diplomatiya İnstitunun, həmçinin, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, jurnalistləri, ticarət və sənaye palatalarının təmsilçilərinin daxil olduğu komissiya Pakistan İslam Respublikasında aktiv fəaliyyət göstərən – Azərbaycan Respublikası, Almaniya, Avropa İttifaqı, Çin, İndoneziya, Cənubi Koreya səfirlərinə “Diplomatik nailiyyətlərə görə” mükafatının verilməsi qərara alınıb.

Pakistan Prezidenti Aparatının rəhbəri Əhməd Faruk öz nitqində Pakistan və Azərbaycan arasında siyasi, diplomatik, təhsil, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafına verdiyi tövhələri əsas gətirərək, komissiyanın qərarını açıqlayıb və “Diplomatik nailiyyətlərə görə” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim edib(baymedia.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600