Pakistanın diplomatik qalxanı: İslamabad ABŞ-İran xəttində niyə vasitəçilik edir?

media-hightechnic-468x90

“Pakistan regionda öz vasitəçilik missiyasını qoruyub saxlamağa çalışır”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq Pakistanın İrana ünvanladığı xəbərdarlığı şərh edərək, bunu İslamabadın sülh vasitəçisi rolu ilə əlaqələndirib:

“Pakistanın, İranın BƏƏ-yə raket atması iddiası ilə bağlı nümayiş etdirdiyi mövqe və verdiyi bəyanat göstərir ki, İslamabad vasitəçilik missiyasına sadiq qalaraq bölgədə gərginliyin artmasının qarşısını almağa çalışır. Pakistanın bu reaksiyası bir neçə mühüm strateji mesajı özündə ehtiva edir.

Birincisi, İslamabad mülki infrastruktura zərbələri açıq şəkildə pisləməklə eskalasiyanın əleyhinə olduğunu nümayiş etdirir. İkincisi, ABŞ–İran xəttində atəşkəsin qorunmasını vacib sayaraq diplomatik həll variantlarını dəstəkləyir. Üçüncüsü isə Pakistan özünü regionda mühüm vasitəçi aktor kimi möhkəmləndirmək niyyətindədir. Bu yanaşma İslamabadın son dövrlərdə Yaxın Şərqdə artan diplomatik fəallığı ilə tam üst-üstə düşür.

BƏƏ ərazisinə raket hücumu iddiası regiondakı vəziyyətin nə qədər həssas olduğunu bir daha sübut edir. Əgər bu hücum faktı rəsmən təsdiqlənərsə, bu, münaqişə coğrafiyasının genişlənməsi, Körfəz ölkələrinin birbaşa risk zonasına daxil olması və ABŞ-ın hərbi müdaxiləsi üçün əlavə zəmin yarada bilər. Lakin Tehranın bu hücumu inkar etməsi prosesin həm də informasiya müharibəsi müstəvisində getdiyini və tərəflərin məsuliyyətdən yayınmağa çalışdığını göstərir”.

M. Bünyadlı qeyd edib ki, İranın BƏƏ-yə raket zərbəsi endirməsi ehtimalının təsdiqi bölgədə daha ağır fəsadlara yol aça bilər:

“Pakistanın çağırışı əslində daha böyük bir təhlükədən xəbər verir. Əgər tərəflər vəziyyətə nəzarəti itirsələr, bu qarşıdurma regionda genişmiqyaslı müharibəyə çevrilə bilər. Bu baxımdan Pakistanın “dialoq məkanının qorunması” çağırışı diplomatik müstəvidə kritik əhəmiyyət kəsb edir. İslamabadın mövqeyi yalnız siyasi bəyanat deyil, həm də regionda böyük bir alovun qarşısını almağa yönəlmiş ciddi xəbərdarlıq siqnalıdır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05