!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Pandemiya dövründə 65 yaşdan yuxarı 176 məhkum azad olunub" – Nazirlik rəsmisi

!Reklam – Yazi

“Məhkumların hüquqlarının müdafiəsi, ərzaq və tibbi təyinatı, onların müalicəsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Malik Ələkbərov vurğulayıb ki, cəzaların icrası sahəsində mühüm tədbirlər həyata keçirilib və həmçinin məhkumların sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılıb:

“COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün yaradılan monitorinq qrupu müəssisələrdə vəziyyəti araşdırıb, məhkumların sağlamlığı ilə bağlı tədbirlər görülüb.

Məhkumların hüquqlarının müdafiəsi, ərzaq və tibbi təyinatı, onların müalicəsi ilə bağlı məsələlər diqqətdə saxlanılıb. Bununla yanaşı, cəzaların humanistləşdirilməsi ilə bağlı lazımi tədbirlər həyata keçirilib.

İndiyə qədər amnistiya ilə 8 min 149 nəfər azadlığa buraxılıb. Əfv olunanlardan iki nəfər ömürlük məhbus olub. Onların hər biri test nümunələrindən keçirilib və evlərinə göndərilməsi təmin olunub”.

Gülşən Şərif

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv