!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pandemiyadan bezən xalq artisti: “Çox çətindir”

!Reklam – Yazi

“Nazirliyin qərarını gözləyirik, tez bir vaxtda onlayn təhsilin bitməsini istəyirik. Yoxsa ki, belə şəraitdə normal təhsil mümkünsüzdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rəqqasə Təranə Muradova deyib.

Bakı Xoreoqrafiya Akademiyasında dərs deyən sənətçi onlayn təhsilin çətinliklərindən danışıb:

“Çox çətindir, əziyyət çəkirik. Bir ilə yaxındır ki, dərslər onlayn şəraitdə keçir. Yaradıcı insanlar üçün bu, xüsusilə çətinlik yaradır. Rəqs etməliyik, məşqlər olunmalıdır, formada qalmalıyıq, amma bu, onlayn tədrislə mümkün deyil. Evdə şərait, internetin sürəti hamıda eyni də deyil. Çünki rəqs zamanı uşaqlar bir-birini hiss etməlidir, kütləvi rəqslər oynanılmalıdır və s. Çox səbirsizliklə uşaqların siniflərə qayıtmasını gözləyirik. Pandemiyada özümüz də çox sıxıldıq, darıxdıq, buna son verilməsini gözləyirik”.

Cəvahir

www.yenicag.az

2753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv