Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiyanın populyarlaşdırdığı peşələr: “Dünya çox maraqlı dövrə daxil olur” – Natiq Cəfərli

“Əvvəl deyilirdi ki, məhz texniki mütəxəssislərə ehtiyac artacaq, amma indi humanitar peşələrə tələbin artacağı proqnozlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri pandemiyadan sonra dünyada fərqli düzənin yaranacağına dair iddialara münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin sözlərinə görə, burada söhbət tək pandemiyanın gətirdiyi davranış qaydaları ilə istehlak toplumu konsepsiyasının dəyişməsindən getmir. Əslində, koronavirusdan da öncə dünya ciddi dəyişikliklərə “hamilə” idi:

“Robotlaşma, 5G texnologiyalarının tətbiqi, süni intellekt, 4.0 sənayeyə və alternativ enerjiyə keçid son 10 ilin ən çox müzakirə edilən məsələləridir. Sadəcə, bizim məmləkət həmişə dünyada gedən proseslərdən kənarda qalıb. Sistem problemi, elmi bazanın zəifliyi, resurs lənəti bizi həmişə trendlərdən kənarda qoyub.

Hələ ötən əsrin 80-ci illərində Fhilip van Parijs adlı alim BİEN (Basic Income Earth Network) adlı konsepsiya təqdim etdi. O zaman bu, ciddi müzakirələrə səbəb olmadı.

Tezisin məğzi o idi ki, dünyada robotlaşma sürətlə gedəcək, yeni texnologiyalar insan əməyini əvəz edəcək, çox sayda işsiz insanlar ordusu yaranacaq və məhz buna görə dövlətlər hər bir vətəndaşa qeyri-şərtsiz baza gəliri ödəməlidir.

Bu vəsait həm istehlakı fəal saxlamağa, həm vətəndaşların maddi durumunun yaxşılaşmasına kömək olacaq, həm də sosial problemləri həll edəcək. İlk baza gəliri hamıya ödənildikdən sonra kim istəsə, daha çox qazanmaq üçün çalışacaq, daha yaxşı yaşamaq üçün əmək və bilik sərf edəcək”.

Natiq Cəfərli qeyd edib ki, son 10 ildə bu konsepsiya ciddi müzakirələrə, hətta paradiqmanın dəyişməsinə səbəb olub:

“Əvvəl deyilirdi ki, məhz texniki mütəxəssislərə (mühəndis, proqramçı) davamlı olaraq, tələbat artacaq, amma indi paraqdiqma dəyişir. Yəni humanitar peşələrə tələbin artacağı deyilir.

Belə ki, sənətə, elmə, sosial psixologiyaya, şeir yazmağa, mahnı bəstələməyə, teatra, kinoya, bədii ədəbiyyata, şou-biznesə, idmana təlabat artır və artacaq. Çünki robotların, süni intellektin ruhu yoxdur, mədəniyyət isə ruh məsələsidir, riyazi formulla olmur.

Yaxın illərdə Finlandiya eksperiment üçün bütün vətəndaşlarına birdəfəlik olaraq, 800 avroya yaxın vəsait payladı. Bu, ciddi müzakirələrə səbəb olduğu üçün hələlik eksperimenti saxladılar.

Sonra İsveçrədə hər bir vətəndaşa hər ay 2200 dollar paylamaq məsələsi gündəmə gəldi, referenduma getdilər, əhalinin 56 faizi bunun əleyhinə səs verdi, havayı pul almaqdan imtina etdilər. Yəni belə eksperimentlər həmişə olub.

Bu gün pandemiya dövründə yenidən bir çox ölkələr vətəndaşlarına pul paylayırlar və “Basic Income” məsələsi aktullaşır. Əslində, o pul əhalinin ilkin tələblərini ödəyir, məqsəd həm də biznesə dəstəkdir. İstehlak canlanır, tələb , istehsal artır, biznes inkişaf edir, ölkə iqtisadiyyatı işə düşür, vergilərdən daxilolmalar yüksəlir və deməli, əhaliyə daha çox ilkin baza gəliri ödəməyə imkanlar artır. Dünya maraqlı bir dönəmə daxil olur”.

Gülşən Şərif

www.yenicag.az

755