Paraflanmış sülh özünü əməldə göstərməyə başlayır - ŞƏRH

media-hightechnic-468x90

“Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanlı həmkarları ilə görüşmək üçün İrəvana səfərinin məqsədi sülh prosesinin perspektivləri kontekstində vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi olub”.

media-5e29b8b2daf34bbda3987f74d926b92a30112024947832

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, sülh prosesi ərəfəsində bu cür görüşlərin keçirilməsi normallaşma prosesinin öz praktiki nəticələrini göstərdiyinin daha bir nümunəsidir:

“Etimad-quruculuq tədbirləri çərçivəsində artıq tərəflər bundan öncə də irəliyə doğru bir neçə addım atıb. Müxtəlif beynəlxalq tədbirlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycana səfər edib, ölkəmizin beyin mərkəzinin nümayəndəsi İrəvanda keçirilən tədbirdə görüşə gediblər. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfəri zamanı ermənistanlı həmkarı ilə görüşüb. Bu addımlar paraflanmış sülhün yalnız kağız üzərində deyil, əməldə də özünü göstərməsinin bariz nümunəsidir. Bundan başqa, Ermənistan baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanından keçərək səfər edib. Daha sonra delimitasiya və demarkasiya prosesi çərçivəsində hər iki tərəf bir-birinin ərazisinə daxil olub”.

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Qazaxıstana səfəri zamanı Ermənistana Azərbaycan üzərindən tranzit məhdudiyyətinin aradan qaldırıldığını açıqlayıb:

“Gürcüstanda keçirilən 5-ci “İpək Yolu” forumunda iştirakı zamanı Ermənistan Baş naziri dövlət başçımıza təşəkkürünü ifadə edib. Bu isə sülh şəraitində regional əməkdaşlığı daha da yaxınlaşdırır. Vətəndaş cəmiyyəti nümayəndələrinin və siyasi ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masa müzakirəsi, əslində, sülhün ictimai fonunun yaranmasına xidmət edir. Yəni dövlətlərin siyasi danışıqları ilə yanaşı, ictimaiyyət təmsilçilərinin də real vəziyyəti qiymətləndirməsi və əməkdaşlıq imkanlarını dəyərləndirməsi iki ölkə arasında etimad quruculuğuna dəstək baxımından çox əhəmiyyətlidir. Nəticədə bu da regionda davamlı və dayanıqlı sülhə nail olunmasına xidmət edir”.

Xatırladaq ki, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Məlumata görə, dəyirmi masada avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunub.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa