Paralimpiyaçımız xal ehtiyatını artıraraq 12-ci pilləyə yüksəldi
Boccia üzrə Dünya Kubokunu BC2 kateqoriyasında dördüncü pillədə başa vuran Azərbaycan paralimpiyaçısı Sona Ağayeva 14,2 reytinq xalı qazanıb.
Bu barədə Yenicag.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
O, xalını 38,2-yə çatdıraraq Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran siyahıda 19-cu sıradan 12-ci pilləyə yüksəlib.