Ermənistanın dövlət borcu 14 milyard dollara yaxınlaşdı

media-hightechnic-468x90

Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2025-ci il iyunun 30-na olan vəziyyətə ölkənin dövlət borcu 13 milyard 852 milyon 137 min ABŞ dolları təşkil edib. İyul ayında isə bu göstərici artaraq 14 milyard 98 milyon dollar olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə qurumun hesabatında dərc olunub.

Rəqəmlərə əsasən, Ermənistanın xarici borcu 6 milyard 943 milyon 296 min, daxili borcu isə 6 milyard 908 milyon 842 min dollar səviyyəsindədir.

İyunun göstəriciləri ilə müqayisədə, cəmi bir ay ərzində dövlət borcu 116 milyon 520 min dollar artıb. Bu müddətdə xarici borc 46 milyon 7 min dollar azalsa da, daxili borc 162 milyon 527 min dollar artıb.

2024-cü il dekabrın 31-də Ermənistanın dövlət borcu 12 milyard 842 milyon 240 min dollar təşkil edirdi. Bunun 6 milyard 454 milyon 151 min dolları xarici, 6 milyard 388 milyon 88 min dolları isə daxili borc idi.

Qeyd edək ki, 2024-cü ilin iyun ayının sonuna Ermənistanın dövlət borcu 12 milyard 157 milyon dollar idi. Bir il ərzində borc təxminən 1 milyard dollar artıb.

Xatırladaq ki, hələ 2018-ci ildə Ermənistan dövlət borcunun ilin sonuna 7 milyard dolları keçə biləcəyi proqnozlaşdırılırdı. Lakin hakim “Vətəndaş müqaviləsi” partiyasının 7 illik idarəçiliyi dövründə bu rəqəm faktiki olaraq iki dəfə artıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05