"Qarabağ" üçün şans - UEFA-dan vacib qərar
UEFA İcraiyyə Komitəsi cari mövsümdə avrokubokların reqlamentində dəyişiklik edib.
Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Yeni qərara əsasən, klublar əsas mərhələnin 6-cı turuna qədər uzunmüddətli zədə və ya xəstəlik keçirmiş bir oyunçunu müvəqqəti olaraq başqası ilə əvəzləyə bilər.
Bildirilib ki, dəyişikliyin tətbiqinə səbəb komandaların siyahılarında azalmaların qarşısını almaq, həmçinin, futbolçuları əlavə iş yükündən qorumaq istəyidir.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyunlarına sentyabrın 16-da start veriləcək.
Xatırladaq ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə millimizin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılamasından əvvəl zədələnib. Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.