İngiltərədə ötən ayın ən yaxşısı seçildi

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasında avqust ayı üzrə ən yaxşı futbolçu açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu mükafata “Everton”un yarımmüdafiəçisi Cek Qriliş layiq görülüb. Futbolçu 3 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafata, həmçinin Rikardo Kalafiori (“Arsenal”), Uqo Ekitike, Dominik Soboslay (hər ikisi “Liverpul”), Mark Qehi (“Kristal Pelas”), Erlinq Holann (“Mançester Siti”), Joau Pedru (“Çelsi”) və Antuan Semenyu (“Bornmut”) da namizəd olub.

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Cek Qriliş “Everton”da icarə əsasında çıxış edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa