Xəbər verdiyimiz kimi, Parisdə benzin qiymətlərinin artırılmasına görə etiraz aksiyaları keçirilir.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 7 mərkəzi metro stansiyaları etiraz aksiyaları səbəbindən bağlanıb.
Etirazçılar Şarl de Qol meydanında polisin yaratdığı kordonu yarmağa cəhd ediblər. Aksiya zamanı polis gözyaşardıcı qazdan istifadə edib. Polisin müdaxiləsi nəticəsində 2 nəfər saxlanılıb.
Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alıb.
www.yenicag.az