Parlament prezidenti seçə bilmədi
Latviya seymi (parlamenti) ilk cəhddə ölkə prezidentini seçməyə müvəffəq olmayıb. Belə ki, heç bir namizəd 100 səsdən 51-ni qazana bilməyib.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, Latviya prezidenti postuna ikisi koalisiya partiyalarından, digər ikisi isə müxalifətdən olan dörd namizəd iddia edir.
Bu posta namizədliyi “yaşıllar” və kəndlilər ittifaqı tərəfindən irəli sürülən müdafiə naziri Raymonds Veyonisi 34 deputat dəstəkləyib. “Hər şey Latviya üçün!” milli birliyinin – Vətən və Azadlıq “Latviyanın milli azadlığı uğrunda hərəkat”ın irəli sürdüyü Avropa İttifaqı məhkəməsinin hakimi Eqils Levitsə isə 24 deputat səs verib. Daha 23 parlamentari ən iri rusdilli müxalif “Soqlasiye” partiyasının namizədi Sergey Dolqopolovu dəstəkləyib. Cəmi 7 səs toplayan digər müxalifət namizədi – Latviya regionları birliyinin lideri Martinş Bondars mübarizədən kənarlaşıb.