Parlamentdə “qan davası” – Qəribovun Qəribovla əvəzlənməsinin gizli sirri

1431589580_1431582047_55Hakim Yeni Azərbaycan Partiyasının namizədliyindən imtina etdiyi deputatlardan biri də Kürdəmirdən seçilmiş deputat Fərhad Qəribovdur.

F.Qəribov bir neçə gün əvvəl verdiyi açıqlamada YAP-ın onunla bağlı qərarını dəstəklədiyini vurğulamışdı. Maraqlıdır ki, hakim partiyanın həmin dairədən irəli sürdüyü namizədinin soyadı da Qəribovdur.

“Qafqazinfo” bu məqama aydınlıq gətirmək üçün deputat Fərhad Qəribovla əlaqə saxlayıb. Deputatdan yeni namizəd Nizami Qəribovla qohumluq əlaqələrinin olub-olmadığını soruşub.

Deputat Qəribov isə namizəd Qəribovla uzaq qohumluq əlaqələrinin olduğunu deyib: ”Bizim babalarımız qohum olublar. Yaxın qohumluq əlaqələrimiz yoxdur”.

Seçki prosesində öz qohumunu dəstəkləyib-dəstəkləməməsi məsələsinə gəlincə isə deputat bildirib ki, o, Kürdəmir rayonunda qeydiyyatda deyil: “Qeydiyyatda olduğum ərazidə YAP-ın namizədini dəstəkləyəcəm”.

Deputat həmçinin əlavə edib ki, öz nüfuzunu heç kimə xərcləmək niyyətində deyil: “Nüfuzumu özümə saxlayıram. Lazım olanda özüm üçün istifadə edəcəm”.

Yenicag.az bildirir ki, Nizami Qəribov 2005-ci ildə də YAP-ın namizədi olub və əmioğlular arasında amansız rəqabət olub. Hətta o zaman seçkinin nəticələrində öncə N.Qəribov qalib elan olunub, ancaq F.Qəribovun inadı və protokolları əlində tutması səbəbindən seçkinin qanuni nəticələri təsdiq olunub.

Maraqlı məqam ondadır ki, Nizami Qəribov F.Qəribovun yaxın qohumu olsa da, əslində qanlı-bıçaqlı düşməndirlər. Hətta N.Qəribov Fərhad Qəribovun düşməni, Mərkəzi Univermağın sahibi Ərəstun Cavadovla çox yaxındırlar. Elə 2005-ci ildə də məhz onun F.Qəribovun önünə sürülməsində də Ərəstun Cavadovun mühim rolu vardı. Aldığımız məlumata görə, özünün də “vurulacağı”nı bilən Ə.Cavadov N.Qəirbovun yenidən YAP namizədi olması üçün hərəkətə keçib və istəyinə nail olub. Belə ki, YAP məğlub olan namizədlərini bir daha irəli sürməzkən, ilk dəfə bu prinsipini pozub.

Elə Fərhad Qəribovun hakim partiyadan narazılığının səbəbi də budur. Ona görə, deputat açıq şəkildə Nizami Qəribovu dəstəkləməyəcəyini bildirib.

Yenicag.az