Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Partiya sədrindən DTX rəisinə MÜRACİƏT: “Bu iftira dövlətçiliyimizə qarşı qəsddir”

Reklam: High Technic

“İnanırıq ki, Azərbaycan dövlətinin varlığında böyük məsuliyət daşıyan DTX bu kimi bütün provakasiyaların qarşısının alınmasında öz sözünü dəyəcək”.

Yenicag.az xəbər verir ki, Turan Partiyasının sədri Cahandar Bayoğlu ölkənin bir sıra ziyalılarının Risiyaya bağlılığı haqda iddiaların araşdırılması xahişi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Əli Nağıyevə müraciət edib.

Partiya sədrinin müraciətində bildirilir:

“Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi hörmətli Əli bəy Nağıyevə

Hörmətli Əli bəy!

Bu gün Rusya saytlarının birində Azərbaycanın bir sıra jurnalistlərinin, universitet müəllimləri və tələbələrinin Rusya xusisi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

Həmin adların Rusya saytlarında yayılması bizdə çox sayda suallar yaradıb. Biz düşünürük ki, bu iddia daha çox gənclərimiz və xalqımız arasında etimadsızlıq mühütünün yaranmasına xidmət etməklə yanaşı, cəmiyyətimizdə inamsızlığın yaranmasına xidmət edən bir siyasətdir.

Adları siyahıda olan gənclərimizin çoxu Azərbaycanımızın güclənməsi və qüdrətlənməsində ciddi rol oynayacaq ziyalılardır və onlar ləkələnərək, hədəf seçiliblər. Biz hesab ediri ki, gənclərimizə atılan iftira dövlətçiliyimizə qarşı qəsd kimi dəyərləndirilməlidir.

Biz onu da istisna etmirik ki, bu siyahının hazırlanmasında Rusya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən sapı özümüzdən olanlar da mütləq var və bəlkə də həmin insanların bəzilərinin adları da o siyahıya daxil edilib ki, özlərini gizlədə bilsinlər. İki-üç vətən xaininə görə bizlər onlarla gəncimizin ləkələnməsinə imkan verə bilmərik.

Hörmətli Əli bəy!

İnanırıq ki, Azərbaycan dövlətinin varlığında böyük məsuliyət daşıyan DTX Sizin Rəhbərliyinizdə bu kimi bütün provakasiyaların qarşısının alınmasında öz sözünü dəyəcək və Şəxsinizdə millətimizin DTX-ya olan inamını daha da artıracaq.

Hörmətlə,
Cahandar Bayoğlu
Turan Partiyasının sədri”.

www.yenicag.az

346