!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PAŞA Holding-in dəstəyi ilə həyata keçirilən “Woman Bazaar - Dayanıqlı İnkişaf Festivalı” başa çatdı! - FOTOLAR

!Reklam – Yazi

“PAŞA Holding”in dəstəyi ilə 3 ayı (Avqust – Oktyabr) əhatə etmiş multidisiplinar festivalın əsas məqsədi həssas qrupu – valideyn(lər)ini itirmiş, əlilliyi olan, məcburi köçkün, məişət zorakılığından əziyyət çəkmiş və s. təmsil edən qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, onların sosiuma reinteqrasiyasını sürətləndirmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarının artırılması ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.

14-15 oktyabr tarixlərini əhatə edən festivalın ilk günü “Gender Hub Azerbaijan” sosial platformasının həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, KOBİA sədri Orxan Məmmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, AQSİA sədri Səkinə Babayevanın açılış nitqləri ilə başlayıb. Daha sonra rəsmilərin iştirakı ilə keçirilmiş mərasimdə sahibkar qadınlar sertifikatla təltif olunublar.

Festival günlərində “Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə” mövzuları üzrə qonaqların çıxışları da baş tutub. Biznes kouç Sevda Əliyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natəvan Məmmədova, Radio/TV aparıcısı Nərmin Knyaz, psixoloq Gülnarə Əkbərova, “VarYox” platformasının həmtəsisçisi Sitarə İbrahimbəyli və tarixçi İradə Qədirovanın çıxışları həm festivalın iştirakçılarına, həm də sahibkar qadınlara ilham olub. Qeyd edək ki, festivalda 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günü ilə əlaqəli guşə yer alıb.
Ümumilikdə festival boyunca 80 həssas qrupa mənsub sahibkar qadına həm bizneslərini professional şəkildə inkişaf etdirərək brendlərini yüksək keyfiyyətə çatdırmaq, həm də sonda 2000 nəfər alıcı kütləsinin cəlb olunması ilə 2 gün ərzində keçirilmiş satış sərgisində öz məhsullarını satmaları üçün imkan yaradılıb.

 

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv