Paşinyan bu qəfəsdən çıxmaq üçün yollar axtarır... - ŞƏRH

media-hightechnic-468x90

“Ermənistan Baş naziri Nikol Paşinyan son dövrdə verdiyi açıqlamalarla müsbət imic qazanmağa çalışır. Hökumət rəhbərinin bu yöndəki fikirlərini müsbət irəliləyiş kimi qəbul etmək olar”.

media-screenshot_175

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Ekspert bildirib ki, bəzən Ermənistan hökuməti daxilində də təzadlı fikirlər səsləndirilir:

“Ermənistanda Azərbaycanla sülh istəməyən qüvvələr çoxdur. Bu şəxslər sırasında Robert Köçəryan və Serj Sarkisyan da var. Onlar və dəstəkçiləri bundan sonra da oxşar fikirlər səsləndirəcəklər. Lakin Ermənistanda əsas söz sahibi Nikol Paşinyan və onun iqtidarıdır. Onların hansı fikirdə olması önəmlidir. Paşinyana zidd çıxışlar edənlərə önəm vermək lazım deyil. Onun Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bəyan etməsi göstərir ki, Paşinyan bizsiz öz gələcəklərinin yaxşı olmayacağını anlayıb. Ermənistanın sosial-iqtisadi durumunun yaxşı olmamasının səbəbi məhz Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması olub”.

C.Abbaslı qeyd edib ki, bu da Ermənistanı sanki qəfəsdə saxlayırdı:

“Baş nazir hazırda bu qəfəsdən çıxmaq üçün yollar axtarır və buna görə də hər iki ölkəyə müxtəlif mesajlar göndərir. Onun Azərbaycanla münasibətləri normallaşdırılmasına dair müsbət açıqlamaları parlament seçkiləri yaxınlaşdıqca artacaq. Müharibəni uduzan xalq Paşinyanı iqtidarda saxladı. Bu da onu göstərdi ki, erməni xalqı müharibələrdən bezib. Baş nazir gələn yay parlament seçkilərində uğur əldə etmək üçün çalışacaq. Həm də burada 8 avqustda paraflanmış Sülh Sazişi də mühüm rol oynayır. Paşinyan gördü ki, ABŞ-dəki görüşdən sonra revanşistlərin etirazlarına xalq dəstək vermədi. Ona görə də o, Azərbaycanla normallaşma istiqamətində vacib addımlar atacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa