!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Paşinyan Ermənistanı Ukrayna yolu ilə aparır”

!Reklam – Yazi

“Ermənistan Ukrayna yolunu təkrarlamaq riski daşıyır”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq İvan Mezyuxo respublikanın baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ilə bağlı sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın rəhbərliyi altında Ermənistanın KTMT-dən çıxmağa hazırlaşması gözlənilməz bir şey deyil. Politoloq Ermənistanın baş nazirinin hakimiyyətə gəlişinə, o cümlədən anti-Rusiya çağırışlarına diqqət çəkib. Lakin Paşinyan hökumət başçısı postunu tutduqdan sonra Moskva ilə münasibətlərdə özünü “çevik” apararaq , ondan iqtisadi və müdafiə sahəsində əməkdaşlıq məsələlərində üstünlüklər istəyib.

“İndi aydındır ki, Paşinyan Ermənistanı Ukrayna yolu ilə aparır, eyni Amerika təlimatları işləyir, o, Ermənistan daxilində cəmiyyəti parçalayır, Ermənistanın faktiki olaraq dövlətçiliyini itirməsi üçün əlindən gələni edir. Bunlar təbii ki, çox təhlükəli siyasi cərəyanlardır. Paşinyan Ermənistanın baş naziri postunu saxlasa, respublika KTMT-dən çıxacaq. Əgər müəyyən səbəblərdən Paşinyan öz mövqeyini itirərsə, o zaman gələcəkdə bu məsələyə hələ də yenidən baxıla bilər”, – deyə Mezyuxo yekunlaşdırıb./unikal

COP29

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv