Paşinyan Gümrüdə müxalifətə qarşı repressiyaya BAŞLADI – Partiyasının məğlubiyyətini HƏZM EDƏ BİLMİR

media-hightechnic-468x90

 

Aprelin 16-da Gümrüdə yenidən seçilmiş bələdiyyə şurasının ilk iclası keçiriləcək. Bu iclasda şəhərin yeni meri seçilməlidir. Görünən odur ki, bu prosesin nəticələri əvvəlcədən məlumdur və müxalifətin namizədi – Vardan Qukasyanın seçilməsi gözlənilir. Lakin hakim Vətəndaş Müqaviləsi Partiyası (VMP) bu məğlubiyyəti sakit qarşılayacaq partiya deyil.

Yenicag.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri məlumat yayıb.

Qəzetin hökumətə yaxın mənbələrinin verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan hazırda müxtəlif emissarların vasitəsilə prosesə təsir etmək üçün gizli şəkildə “iş aparır”:

“O, bu fəaliyyəti komanda üzvlərindən belə gizlədir, çünki əvvəlcə nəyəsə nail olub-olmayacağını yoxlamaq istəyir. Məhz bu səbəbdən bir neçə gün öncə VMP İdarə Heyətinin iclasına Şirakın qubernatoru Davit Aruşanyanı və Gümrü meri vəzifəsinə partiyanın namizədi Sarik Minasyanı dəvət edib. Məqsəd isə bölgədəki əhval-ruhiyyəni öyrənmək və Gümrüdə hakimiyyət dəyişikliyinin qarşısını almaq olub. Bundan başqa, Paşinyan komanda yoldaşlarını bələdiyyə seçkilərindəki məğlubiyyətə görə də günahlandırıb”.

“Past” nəşri isə əlavə edib ki, indiki mərhələdə VMP müxtəlif planları işə salıb.

Qəzet əlavə edib ki, Gümrüdə yayılan məlumatlara görə, ssenarilərdən biri deputat Martun Qriqoryanın siyahısından bir şəxsi razı salaraq onu namizəd kimi irəli sürməkdir:

“Bu halda VMP həmin şəxsi dəstəkləyəcək və onlara sadəcə əlavə iki səs lazım olacaq. Bu planın reallaşması üçün isə Martun Qriqoryanın hansı mandatı seçəcəyi – deputat mandatını saxlamaq, yoxsa bələdiyyə mandatını götürmək qərarı vacibdir. Sadə hesablamalara görə, əgər o aprelin 16-dək şura üzvü olmaq istəyirdisə, aprelin 9-da artıq deputatlıqdan istefa verməli idi, çünki bu proses bir həftə çəkir”.

Qeyd olunur ki, VMP-nin digər ssenarisi daha çox təzyiq və siyasi rüşvətə əsaslanır:

“Yəni müxalifət fraksiyalarından üç səsi “çəkib çıxarmaq”, bununla da mer seçkisini istədikləri istiqamətə yönləndirmək. Partiya daxilində isə hələ də “heç nə itirilməyib”, “hər şey qabaqdadır” kimi fikirlər səsləndirilir. Hətta Milli Məclisin sədri Alen Simonyan da bildirib ki, partiya mer postuna öz namizədini irəli sürəcək. Bu isə o deməkdir ki, VMP Gümrüdə hakimiyyət uğrunda mübarizəni davam etdirmək niyyətindədir”.

KİV-in əldə etdiyi məlumatlara görə, Paşinyan müxalifəti parçalayaraq Vardan Qukasyanın mer seçilməsinin qarşısını almağa çalışır:

“Əgər bu baş tutmasa, bu, VMP üçün daha bir məğlubiyyət olacaq. Müxalifət isə açıq şəkildə bəyan edir ki, Gümrüdə VMP-in hakimiyyət əldə etməsinə imkan verməyəcək. Bütün bu planlarla paralel olaraq, VMP hazırda həm Gümrüdə, həm də Parakarda seçki məğlubiyyətinin səbəblərini araşdırır. Onlar, bir tərəfdən, səs verəcəyinə söz verib bunu etməyənlərin kimliyini aydınlaşdırmağa, digər tərəfdən isə seçki kampaniyası zamanı VMP namizədlərinə dəstək verməkdən imtina edən şəxslər üzərində siyasi təzyiq qurmağa çalışır.

Qeyd edək ki, jurnalistlər dəfələrlə Davit Aruşanyan və Sarik Minasyanla əlaqə yaratmağa cəhd etsələr də, onlar zənglərə cavab verməyiblər. Həmçinin Paşinyanın kimə vəzifədən uzaqlaşmaq və partiyanı “unudub getmək” barədə SMS göndərdiyi də hələlik məlum deyil”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600