Paşinyan Kazanda sülh və revanşizm arasında əsirdi

media-hightechnic-468x90

Paşinyan və Əliyev dünən BRİKS sammitində görüşdə, daha sonra isə ayrı-ayrı danışıqlar çərçivəsində aktiv təmasları ilə diqqət çəkib. Bu, Bakı ilə İrəvan arasında razılaşma üçün çox ciddi imkandır.

Yenicag.az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.

“Bu, tamhüquqlu sülh müqaviləsinə nail olmaq üçün fürsətdir, Qərbin və Ermənistanın təklifi ilə balaca və qısaldılmış müqavilə deyil, tamhüquqlu sülh sazişidir. Təbii ki, Paşinyanın BRİKS sammitində Azərbaycan və Rusiyaya münasibətdə davranışı İrəvanın Moskva ilə Qərb arasında, sülh və Bakıya qarşı revanşizm arasında “əsdiyinin” daha bir göstəricisidir. Azərbaycan və Ermənistan liderləri arasında danışıqların Kazanda baş tutması Bakı və Moskvanın İrəvana təsir edə biləcəyinin daha bir göstəricisidir”, – o bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600