Paşinyan növbəti dəfə sərhədlərin müəyyən edilməsindən danışdı

“Azərbaycanla problemləri danışıqlar yolu ilə həll etmək mümkündür və Azərbaycanla imzalanmış sərhədlərin müəyyən edilməsi komissiyalarının birgə işi haqqında əsasnamə bunu mümkün və inandırıcı edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda keçirilən Ümumerməni forumunda deyib.

Ermənistanın region ölkələri ilə bağlı siyasətinə də toxunan Paşinyan bir daha qeyd edib ki, “Ermənistan regiondakı bütün ölkələrin ərazi bütövlüyünü tanıyır və heç bir ölkəyə torpaq iddiası yoxdur” deyib.

Ermənistanın təhlükəsizlik baxışı məsələsinə toxunan Paşinyan bəyan edib ki, Ermənistan dövlətinin məqsədi ilə bağlı ölkəsində “tarixi Ermənistan” və “real Ermənistan” iki variant müzakirə olunub.

Bu yaxınlarda Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan sənədin iki dövlət səviyyəsində imzalanmış ilk sənəd olduğunu vurğulayan Paşinyan bunun seçdikləri “Real Ermənistan” strategiyasının nəticəsi olduğunu bəyan edib.

Türkiyə ilə diplomatik əlaqələrin qurulması və quru sərhədinin açılmasının vacibliyinə işarə edən Paşinyan Ankara ilə İrəvanın bu məsələ ilə bağlı özəl danışıqlar aparan danışıqlar apardığını və iki ölkə arasında fikir mübadiləsinin aparılmasının çox vacib olduğunu bildirib.

Nəsimi Ələsgərli

COP29