Ağır günlər yaşayan Kərim: “Məni o qədər ‘vurdular’ ki, iki ay...”

media-hightechnic-468x90

Müğənni Kərim Abbasov həyatının ən çətin dövrləri ilə bağlı etiraflar edib.

Yenicag.az xəbər verir ki,” Xəzər axşamın” da Kərim illər öncə keçirdiyi sarsıntılardan danışarkən, həmin vaxt sənət dostu Səidə Sultanın ona böyük köməklik göstərdiyini açıqlayıb:

“2008-2009-cu illərdə çox ağır günlər yaşadım. Məni Səidə Sultan xilas etdi. İki ay psixiatriya xəstəxanasında müalicə aldım. Məni o qədər ‘vurdular’, o qədər üzərimə gəldilər ki… Həmin adam sakitləşmirdi, ard-arda zərbələr vururdu. O vaxt boşanma ərəfəsindəydim. Qismətdən həmin ərəfədə Səidə Sultan bizə gəlib. Qapını döysə də, açmamışam. Sonda pəncərəni sındıraraq içəri girib və mənim huşsuz vəziyyətdə uzandığımı görüb. Məni dərhal xəstəxanaya çatdırdı. Cəmi iki ay orada qaldım; sinirlərim tamamilə pozulmuşdu”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa