Amnistiya və əfvin PƏRDƏARXASI: Kimlər, nəyin müqabilində azadlığa çıxır?

media-hightechnic-468x90
“Məhkəmənin çıxardığı hökmə niyə kimsə müdaxilə edib, kiminsə azadlığını təmin etməlidir ki?” 
Bu fikirləri Yenicag.az-a açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.
media-ekrem-hesenov
Hüquqşünas ölkədə mütəmadi elan edilən amnistiya və əfv fərmanlarına etiraz edərək, bu təcrübənin hüquqi dövlət prinsiplərinə zidd olduğunu vurğulayıb:
“Amnistiya Milli Məclisin qəbul etdiyi qanun əsasında reallaşır. Prezidentin layihəni təqdim etdiyi deyilsə də, Milli Məclis bu sənədi öz saytında dərc etməyib. Təəssüf ki, bizdə qanun layihələri yalnız qəbul olunandan sonra xəbər kimi paylaşılır. Buna görə də hazırda əlimizdə rəsmi məlumat yoxdur”.
Ə. Həsənov iddia edir ki, amnistiya və əfv qərarlarının hazırlanması prosesi şəffaf deyil və bəzi vəzifəli şəxslər bundan maddi maraq üçün istifadə edirlər:
“Normal hüquq sistemi olan ölkələrdə bu alətlərdən çox nadir hallarda istifadə olunur. Əgər qanun və məhkəmə varsa, çıxarılan hökmə niyə dəyişiklik edilməlidir? Hansı meyarla kiməsə güzəşt edilir, kiməsə yox? Bu, açıq-aşkar ayrı-seçkilikdir. Bu təklifləri hazırlayanlar nəyə əsaslanırlar – şəxsi zövqlərinə, yoxsa rüşvətə? Kimsə gedib pul verir və siyahıya düşür. Aydın məsələdir ki, nə Prezident, nə də deputatlar o şəxsləri tanımırlar. Kimsə siyahını tərtib edir, rəy verir və icra etdirir. Bu həm pis ənənədir, həm də məhkəmə sistemimizin ədalətsiz olduğunun faktiki etirafıdır”.
Nurlan Cəfəri
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa