Sərnişinləri zəhərləyən antisanitariya: Avtobuslardakı çirk və üfunət kimin günahıdır?
Son zamanlar paytaxtın ictimai nəqliyyatında, xüsusilə avtobuslarda sanitar-gigiyenik vəziyyətlə bağlı narazılıqlar artıb. Sərnişinlər salonların çirkli olmasından, oturacaq və tutacaqların təmizlənməməsindən, həmçinin xoşagəlməz qoxulardan şikayətlənirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtobuslarda sanitar-gigiyenik normaların qorunması qanunvericiliklə birbaşa daşıyıcı şirkətlərin öhdəliyinə qoyulub:

“Nazirlər Kabinetinin 141 saylı qərarı ilə təsdiq edilmiş sərnişin və baqaj daşınması qaydalarında açıq şəkildə göstərilir ki, daşıyıcılar təqdim etdikləri avtobusların sanitar-gigiyenik normalara cavab verməsini təmin etməlidirlər”.
Ekspertin sözlərinə görə, bu tələblər təkcə kağız üzərində deyil, konkret icra mexanizmlərinə malikdir:
“Bu qaydalar həm sanitar-epidemioloji salamatlıq haqqında qanunvericilikdən, həm də müvafiq nəzarət orqanlarının təlimatlarından irəli gəlir. Avtobusların gündəlik təmizlənməsi icrası mütləq olan əsas tələblərdən biridir. Nəqliyyat vasitəsi reysi başa vurub qaraja qayıtdıqdan sonra dərhal fiziki təmizlik işləri aparılmalı – salon süpürülməli və silinməlidir. Eyni zamanda, epidemioloji vəziyyətdən asılı olaraq mütəmadi dezinfeksiya tədbirləri də həyata keçirilməlidir”.
Ətraflı videomaterialda:
Samir Məcid












