Qazaxıstanda təyyarə qəza siqnalı verdi

media-hightechnic-468x90

“Air Astana” aviaşirkətinə məxsus təyyarə tüstülənmə səbəbindən Almatı hava limanına təcili eniş edib.

Yeniçağ.az  xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.

Qeyd olunub ki, Almatı – Astana marşrutu üzrə KS-851 müntəzəm sərnişin reysi yerinə yetirilərkən “Air Astana” ASC-yə məxsus Airbus A321N EI-KDG təyyarəsində aviasiya hadisəsi baş verib.

Ekipaj təyyarə salonunda tüstülənmə səbəbindən qəza siqnalı verib.

İlkin məlumata görə, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Təhlükəsizliyi təmin etmək üçün uçuş təhlükəsizliyini təmin etməkdən məsul olan Almatı hava limanının yanğınsöndürmə və xilasetmə xidmətləri səfərbər edilib. Təyyarə təhlükəsiz eniş edib. /unikal/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa