Bir mübarizə hekayəsi: Roza İbadova Kocamaz - FOTO

media-hightechnic-468x90

 

Bu gün sizə Azərbaycandan yola çıxaraq işini, qurduğu nizamı, sevdiklərini arxada qoyub Türkiyəyə gələn və burada hər şeyə sıfırdan başlayan bir sənətçidən danışmaq istəyirəm. O, Roza İbadova Kocamaz.

Məni yaxından tanıyanlar yaxşı bilir ki, söhbət millətdən, dövlətdən və əməydən gedirsə, əsla susmaram. Fikrimi deməkdən, haqqı deməkdən yorulmaram. Uzun illər mərhum millət vəkilimiz, dəyərli həmkarım Ganirə Paşayeva ilə Türkiyədə həyata keçirilən bir çox layihələrdə birlikdə çalışmışam. Yəni bu yollar mənə yad deyil, mübarizəni kənardan seyr etməmişəm.

Tam səmimiyyətimlə deməliyəm ki, Ganirə xanımdan sonra tanıdığım ən enerjili, ən intizamlı və işinə ən böyük məsuliyyətlə yanaşan mübarizə insanlarından biri Roza İbadovadır. Bəlkə də elə buna görə tənbəlliyi vərdiş halına gətirmiş, ortada dolaşıb kənardan bəslənən, yalnız reklam dalınca qaçanlar tərəfindən çox da sevilmir. Çünki belə insanlar həqiqi zəhməti həmişə narahatedici hesab edirlər.

Mən bunu düz 30 ildir yaşayıram. Görülən işləri görməyib, xoruzun altında yumurta axtaranlar, hər fürsətdə arxadan danışanlar həmişə olub. Amma mən Allahın yazdığı qismətə inananlardanam. Elə buna görə də Roza İbadovanı sevirəm. Çünki kim nə edirsə etsin, o öz mübarizəsindən, xalqına xidmət idealından heç vaxt vaz keçmir.

Bəzən düşünürəm: bizim 20–30 ilə Türkiyədə edə bilmədiklərimizi Roza İbadova Kocamaz 10 ilə bacardı. Bunun ən açıq sübutu təkcə son dörd gündə gördükləridir.

12 dekabrda Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin, Karşıyaka Bələdiyyəsi ilə birgə təşkil etdiyi Heydər Əliyevi anma proqramını aparıcılıq etdi. Soyuq havada, abidənin önündə saatlarla hündürdaban ayaqqabılarla ayaq üstə dayanaraq tələbələrə, siyasi partiya təmsilçilərinə, QHT-lərə ayrı-ayrılıqda diqqət göstərmək asan iş deyildi. (Heydər Əliyevin vəfat ildönümündə tort kəsib ad günü qeyd edənlərin Roza xanımı anlaması onsuz da mümkün deyil.)

Bir gün sonra, təxminən 200 nəfərin qatıldığı, əksəriyyəti Azərbaycandan gəlib Türkiyədə təhsil alan gənclərdən ibarət geniş toplantıda beş saata yaxın proqram apardı. Alimlərdən QHT nümayəndələrinə, dərnək sədrlərindən Türk dünyasının müxtəlif bölgələrindən İzmirə gələn qonaqlara qədər hər kəslə tək-tək maraqlandı. Bu, hər igidin işi deyildi. Roza bacardı.

13 dekabrda Heydər Əliyevi anma konfransını da uğurla idarə etdi.

14 dekabrda isə bu “balaca qız”, böyük bir davanın parçası kimi İzmir Böyükşəhər Bələdiyyəsinin Türk dünyasına həsr olunmuş tədbirində idi. Başdan-ayağa milli bir duruşla… Azərbaycan milli geyimində səhnəyə çıxdı; Türk dünyasından İzmirə gələn tələbə və alimlərin qarşısında, Ganirə Paşayevanın qələmindən çıxan Türk tarixini o güclü və təsirli səsi ilə anlatdı.

Bununla da bitmədi.

15 dekabrda, yenə İzmir Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi 15 Dekabr Dünya Türk Dili Ailəsi Günü tədbirində tələbələrlə birlikdə sənətçi dostlarını dəstəkləmək üçün meydanda idi.

Mənim son dörd gündə gördüklərim yalnız bunlardır. Son bir ildə etdiklərini yazmağa başlasaq, ayrıca bir kitab olar.

Amma etiraf edək: bizim cəmiyyətdə belə çalışan, yaradan, mübarizə aparan insanları sevənlər olduğu kimi, sevməyənlər də var. Ona görə mən sadəcə Roza xanımın sevənlərinə salam göndərirəm. Səhnədə olarkən Türk dünyasına və dəyərlərinə ünvanladığı o möhtəşəm salamdan…

Sevməyənləri isə Allaha həvalə edirəm. Öz həyatımda etdiyim kimi.

Mövlan nə edərsə, gözəl edər. Nöqtə.

Nigar Ögeday

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa