“İlan”nın yola vermədiyi ƏMƏKDAR ARTİST: “On aydır işsizəm”

media-hightechnic-468x90

 

“Hər il bir-birimizə yeni ilin düşərli olmasını arzulayırıq, amma əfsuslar olsun ki, həyat öz işini görür. Ağlına gəlməyən yerlərdən zərbələr alırsan”.

Bu sözləri tanınmış aktyor əməkdar artist Elman Rəfiyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor “İlan ili sizin üçün necə keçdi” sualını cavablandırıb. “İlan”ın lap başlanğıcda ona uğur gətirmədiyini deyən Əməkdar artist 10 aydır ki, işsiz olduğunu və teatrdan uzaq olduğunu təəssüf hissi ilə vurğulayıb:

“Hər il bir-birimizə yeni ilin düşərli olmasını arzulayırıq, amma əfsuslar olsun ki, həyat öz işini görür. Ağlına gəlməyən yerlərdən zərbələr alırsan. Nə qədər plan qursaq da, o planlar alt-üst olur. Gözəl bir deyim var, Allah deyir, sən planını qur, məni güldür. Bu günlə yaşamaq lazımdır. İlan ili mənim üçün çox pis başlanğıc oldu. Hər kəs bilir ki, Pantomima Teatrı deyəndə Elman Rəfiyev, Pərviz Məmmədrzayev, Qurban Məsimov yada düşür. Lakin 37 il bir insanla çalışasan, yanında olasan və teatrın yaranmasında birbaşa əməyi olan, adı keçən bir insan kimi 31 ildən sonra birdən-birə sən o teatrdan ayrılırsan. Günahı, səbəbi də səndə olmadan… Teatrda baş verən hadisələrdən hər kəs, mətbuat, sosial şəbəkələr də xəbərdardır. Amma səbəb və günah olmadan sənə deyirlər ki, işdən azad olunursan. Ən böyük problem budur. İlan ili girəndən düz on aydır ki, işsizəm. Teatrdan uzağam”.

Buna baxmayaraq tamaşaçıların hər zaman arzuladığı aktyor boş da dayanmayıb, yeni layihələrdə öz sözünü deyib:

“Gördüyüm işlər də oldu. Azərbaycan Televiziyasının Sabah Yaradıcılıq Studiyasında “Fatehlərin divanı” adlı televiziya tamaşası çəkildi. Mən orada həm kastinq və aktyorlar üzrə ikinci rejissor idim. Eyni zamanda özüm də tamaşada Həmid Sultanov obrazında oynadım. Beşseriyalıq həmin ekran işi çəkildi, ərsəyə gəldi artıq montaj prosesindədir.
Bununla yanaşı həmin vaxt Sabah yaradıcılq studiyasınada ərsəyə gələn“Yad et məni” silsiləsindən xırda, bədii sənədli filmlər çəkilirdi. Orada da bir çox rollara dəvət etdilər, oynadım. AzTV də Kinoproqram redaksiyasında Həsən bəy Zərdaninn yubileyinə həsr olunmuş “Əkinçi” filmində Mirzə Fətəli Axundov obrazını canlandırdım.

Qardaşımın oğlu Məmməd Rəfiyevin də çalışdığı Eynək İncəsənət Studiyasında yeni bir Teatr studiyası yaratdıq. Həmin Teatr studiyasının bədii rəhbəriyəm. Artıq ilk tamaşamızı da təqdim etmişik. Növbəti tamaşamızı da 18 dekabrda Teatr Xadimləri İttifaqının dördüncü mərtəbəsində yerləşən Mustafa Mərdanov adına səhnədə oynanılacaq. Bu şəraiti yaratdığı üçün İttifaqın sədri xalq artisti Hacı İsmayılova və əməyi keçən hər kəsə dərin təşəkkür edirəm”.

“At ilindən gözləntilərim çoxdur. At yəqin həyatımızı dəyişər və yeniliklər vəd edər”, deyən Elman Rəfiyevin “at”a ümidləri böyükdür”. Ümid edirik ki, “ilan”ın yola vermədiyi aktyoru “at şahə qaldıracaq”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa