Paşinyan seçkiləri QAZANSA: “Müxalifətin elə qanadı var ki...”
“Paşinyan növbəti seçkilərdə qalib gəlsə, sülhün bağlanması baş verəcək”.
Bu sözləri Ermənistan daxilində baş verən hadisələr və gözlənilən nəticələri Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

O, bildirib ki, Ermənistanı Rusiya qarışdırır:
“Ermənistanda dövlətçiliyin süquta doğru gedəcəyini düşünmürəm. Əvvəla, elektoral bazanın, əhalinin 60 faizi indiki hakimiyyəti müdafiə edir. Müxalifət adı altında qızışdırılıb hakimiyyətin üzərinə salınanlar Rusiyanın adamlarıdır. Onların manevr qabiliyyəti o qədər yüksək deyil. Paşinyanın əsas səhvi ondan ibarətdir ki, Baş nazir qanunun gücü ilə hərəkət etmir. Sarkisyan, Koçaryan cinayət əməlləri törədiblər, onların haqqında cinayət işləri var. Ancaq bu cinayət əməlləri ilə bağlı hüquq mühafizə orqanlarının hərəkətə gətirilməsinə icazə vermir”.
“Müxalifətin elə qanadı var ki, onlar açıq-aşkar dövlətə qarşı mübarizə aparır. Dövlət də onlara qarşı mübarizə aparmaqda tənbəllik göstərir. Qarşıdakı seçkilərdə Nikol Paşinyan udacaq. O seçkiləri udsa, Ermənistanda hakimiyyət məsələsi də, bütövlükdə sülh bağlanması da və qonşularla münasibətlərin tənzimlənməsi də baş verəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd