Paşinyan separatçıları bir-bir “dənləyir” – Bu dəfə hədəfdə Babayan OLDU

media-hightechnic-468x90

Ermənistanda Vahran Xorxorununun qətlinin “aydınlaşdırılması” adı altında Ermənistan hakimiyyətinin hədəfinə bu dəfə keçmiş separatçı rejimin “müdafiə ordusu”nun “komandan”ı Samvel Babayan düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin yazdığına görə, bu cinayət işi çərçivəsində saxlanılan şəxslərdən biri Babayanın şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Sasun Aruşanyandır. Baxmayaraq ki, Aruşanyanla Babayanın münasibətlərinin sonradan pozulduğu deyilir, lakin bu əlaqə onun məsuliyyətə cəlb edilməsinin əsas motivlərindən biri kimi göstərilir.

Məlumata görə, Paşinyan və Babayan arasında da münasibətlər ciddi şəkildə pozulub. Bir vaxtlar Baş nazirin Babayanla yaxın əlaqələr qurduğu və hətta 2026-cı ildə keçiriləcək seçkilər öncəsi onun vasitəsilə Qarabağ ermənilərindən ibarət olan elektoratı “Vətəndaş Müqaviləsi” partiyasına cəlb etmək istədiyi bildirilir. Lakin Babayanın hökumətlə bəzi məsələlərdə əməkdaşlıq etsə də, eyni zamanda ayrı çevrələrdə Paşinyanı tənqid etdiyi, hətta söyüş və təhqirlərlə sərt şəkildə ayrıldığı iddia edilir.

Bu narazılıq Paşinyana çatdırıldıqdan sonra o, Babayanı “cəzalandırmaq” qərarına gəlib. Siyasi müşahidəçilər bu prosesi onun özünü Paşinyanın siyasi planlarında yararsız fiqur kimi göstərməsi ilə əlaqələndirirlər. Analitiklər hesab edir ki, Babayanın ətrafındakı şəxslərin hədəf alınması, həmçinin onun imicinin zədələnməsi Paşinyan hakimiyyətinin siyasi strategiyasının bir hissəsinə çevrilib.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600