Paşinyan Türkiyə bayrağına qarşı hörmətsizliyi pislədi

media-hightechnic-468x90

Ermənistan Baş naziri Nikol Paşinyan bayraq yandırma praktikasını pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasyan qondarma “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirləri çərçivəsində Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirərkən deyib.

“Baş nazir Paşinyan bu cür praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz kimi qiymətləndirir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, açıq-aşkar təxribat xarakterli və gərginliyi artıran bir davranışdır”, – deyə Baqdasyan “Armenpress” dövlət agentliyinə müsahibəsində bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05