Paşinyan: “Yeni konstitusiyanın qəbul edilməsi zəruridir”

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu bildirib.

O, səsvermənin vaxtını açıqlamayıb.