Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Paşinyana növbəti AĞIR ZƏRBƏ: 3 gün vaxt verildi

Reklam: High Technic

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefaya getmək üçün dekabrın 8-ə qədər vaxt verib.

Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu gün Ermənistanın Azadlıq meydanında mitinq keçirən ölkə müxalıfəti Paşinyanı istefaya çağırıb.

“8 dekabr, saat 12:00-yə qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə bütün Ermənistan ərazisində mülki itaətsizlik hərəkətləri başlayacaq. İstefa verməsə, onu özümüz çıxaracağıq”, – deyə “Daşnaksutyun”un rəsmisi İşxan Saqatelyan deyib.

“Nikol, bu, sənin hökumət bağında son saatlarındır”, – deyə müxalifət fəalı vurğulayıb.

www.yenicag.az

434