!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyandan Azərbaycana qarşı cəfəng İDDİA: “Tarixi həqiqətləri təhrif edib”

!Reklam – Yazi

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Konstitusiyasında Ermənistan ərazilərinə iddianın olması ilə bağlı səsləndirdiyi fikirlər cəfəngiyatdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Siyasi təhlilçi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın İstiqlal Bəyannaməsi ilə bağlı söylədiyi fikirlərə toxunub.

T. İsmayılovun sözlərinə görə, hüquqi presedent baxımından, Paşinyanın səsləndirdiyi iddialar reallığı ehtiva etmir:

“Çünki hazırkı dövrdə Azərbaycan hansısa bir formada öz xarici siyasət deklarasiyalarında, yaxud da özünün dövlət olaraq gələcək prioritet hədəflərində tarixi Azərbaycan torpaqları olan, lakin beynəlxalq hüquqla hazırda Ermənistan əraziləri kimi tanınan ərazilərə müdaxilə edəcəyi, eləcə də onları Azərbaycana birləşdirəcəyi ilə bağlı hansısa bir fikir sələndirməyib”.

O xatırladıb ki, Azərbaycanın İstiqlal Bəyannaməsi reallıqları özündə əks etdirib:

“XX əsrdə Ermənistana tarixin ədalətsizlikləri fonunda verilən torpaqlar faktiki olaraq Azərbaycan əraziləri olub və Azərbaycanın İstiqlal Bəyannaməsində də keçmişimizdən və ərazilərimizdən heç bir formada imtina edə bilmərik. Amma bu, bütövlükdə, Ermənistana qarşı hansısa bir ərazi iddiası deyil. Ümumiyyətlə, Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə olan iddialarla bu məsələni tərəzinin eyni gözünə qoymaq olmaz. Ermənistan konstitusiyasında konkret şəkildə beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınılan Qarabağın ayrılması məsələsi öz əksini tapıb. Eləcə də tamamilə qonşu ölkəyə qarşı separatçı meyllərin Ermənistanda dövlət tərəfindən dəstəklənməsi konstitusion akt kimi qəbul edilir”.

“Azərbaycanın İstiqlal Bəyannaməsi isə real tarixi həqiqətlərlə doludur. Bu baxımdan da sözügedən məsələni əsla eyniləşdirmək olmaz. Bu Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişdirməsi ilə bağlı etdiyi təkidlərə və ortaya qoyduğu mövqeyə qarşı Paşinyanın “əks-cavab” arqumentidir. Fikrimcə, onun sözlərində də heç bir əsas yoxdur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, N. Paşinyan açıqlamasında bəyan edib ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Onun sözlərinə görə, Azərbaycanın 1991-ci ildə qəbul etdiyi Konstitusiya Aktı Konstitusiyanın əsasını təşkil edir və burada 1918-ci ildə Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edilir.

Rafi Müslümov

COP29

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv